Bakıda kirayə mənzillər ucuzlaşıb

 10:45 21.04.2021     180

Bakıda mart ayında kirayə mənzil bazarında qiymətlərdə ucuzlaşma qeydə alınıb.

Redaktor.az məlumatına görə, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib ki, mart ayında Bakıda kirayə mənzil qiymətləri 6.6 faiz ucuzlaşıb.

Ekspertin sözlərinə görə, ucuzlaşmanın səbəbi pandemiya ilə əlaqədar olaraq kirayə mənzillərə tələbatın azalmasıdır.

Qeyd edək ki, pandemiya ilə əlaqədar olaraq ali təhsil müəssələrinin işləməməsi, xarici ölkələrdən turistlərin gəlməməsi nəticəsində kirayə mənzillərə tələbat xeyli azalıb. //Trend