Azərbaycanda çay idxalı azalıb

 14:56 21.04.2021     299

Yanvar-mart aylarında ölkəyə 3213 ton çay idxal edilib.

Redaktor.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən çayın dəyəri 12,6 milyon ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə dəyəri 12,7 milyon dollar olmaqla 3388 ton çay idxal edilib.