Təbii qaz bahalaşıb - QİYMƏT

 09:58 22.04.2021     61

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

Redaktor.az-ın məlumatına görə, mayda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU (British thermal unit – Britaniya istilik vahidi) üçün 0,19% artaraq 2,702 ABŞ dolları təşkil edib.