Naxçıvanın istehlak bazarı cüzi azalıb

 11:56 22.04.2021     226

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasının istehlak bazarında əhaliyə 355 mln. manat dəyərində istehlak malları satılıb və ödənişli xidmətlər göstərilib.

Redaktor.az-ın Naxçıvan Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrünün göstərici ilə müqayisədə 0,8% azalıb.

Satılan istehlak mallarının 96,9%-i pərakəndə ticarət dövriyyəsinin payına düşüb ki, bu da bir il öncəki göstəricidən 0,1 faiz bəndi çoxdur.