Könüllü tibbi sığorta bazarı azalıb

 12:47 27.04.2021     237

2021-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən könüllü tibbi sığorta üzrə 62,046 mln. manat sığorta haqqı toplanıb.

Redaktor.az Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında apardığı hesablamalara görə, tibbi sığorta üzrə yığımlar ötən ilin eyni dövrünə nisbətən 0,8% azalıb.

Eyni zamanda, şirkətlər tərəfindən hesabat dövründə 17,034 mln. manat həcmində ödəniş həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,7% artıb.

Qeyd edək ki, ümumi könüllü sığorta növləri üzrə I rübdə yığımlar 155,648 mln. manat, ödənişlər isə 104,330 mln. manat təşkil edib. Bu, 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə müvafiq olaraq 3% az və 81,5% çoxdur. Sözügedən sığorta növləri üzrə yığımlar bazarın 62,5%-ni (yanvar-fevralda – 73,4%), ödənişlər isə 71,8%-ni (yanvar-fevralda – 67%) təşkil edib.

Xatırladaq ki, cari ilin yanvar-mart aylarında ölkədəki sığorta şirkətləri tərəfindən 248,989 mln. manat həcmində sığorta haqqı yığılıb və 45,345 mln. manat həcmində ödəniş həyata keçirilib. Sığorta yığımları illik müqayisədə 3,4%, ödənişlər isə 88,5% artıb.

Vumart və Güvən reklamı Vumart Güvən