Sosial sığorta haqları üzrə daxilolmalar artıb

 11:44 28.04.2021     261

Azərbaycanın əmək bazarında şəffaflaşma prosesləri nəticəsində işçi sayının və əmək haqqı fondunun artım dinamikasının müşahidə olunması şəraitində sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,6 % artaraq 895,3 milyon manat təşkil edib, proqnoz 113,6 % icra edilib.

Redaktor.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xİdmətinə istinadən xəbər verir.

Məlumata görə, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13,8 % artıb, proqnoz 115,9 % icra edilib. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 9,8 % artaraq 30,3 milyon manat təşkil edib, proqnoz 112,1 % icra edilib. Qeyri-büdcə təşkilatları üzrə həmin daxilolmalar 15,7 % artıb, proqnoz 110,9 % icra edilib.

Bu ilin birinci rübündə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 112,3 milyon manat olub, büdcəyə nəzərdə tutulandan 25,5 milyon manat artıq vəsait daxil olub.