Sabiq nazirin şirkəti ləğv olunur

 14:04 28.04.2021     290

“Improtex Group” MMC-yə daxil olan “Improtex Trading” MMC ləğv olunaraq holdinqin digər şirkəti - “Improtex Motors” MMC-yə qoşulduğunu elan edib.

Redaktor.az bildirir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti məlumat verib.

Xatırladaq ki, sözügedən şirkətlər qrupu keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsusdur. O, nazir işlədiyi müddətdə holdinqə onun həyat yoldaşı İradə Ələkbərova rəhbərlik edib. //Report.az