Bakının ticarət dövriyyəsi azalıb

 14:42 28.04.2021     276

Bu ilin yanvar-fevral aylarında Bakı üzrə ticarət dövriyyəsinin həcmi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 0,3% azalaraq 3 378,8 mln. manat olub.

Bakı Şəhər Statistika İdarəsindən Redaktor.az-a verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,9% artaraq 1 705,1 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,8% azalaraq 1 973,6 mln. manata bərabər olub.

Məlumata görə, istehlak məhsullarının 35,1%-i hüquqi şəxs statuslu müəssisələrdə, 53,6%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 11,3%-i isə paytaxtın məhsul bazarlarında satılıb.