Mərkəzi Bank və “Mastercard” memorandum imzalayıb

 15:57 28.04.2021     84

Mərkəzi Bank və “Mastercard” beynəlxalq kart təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb.

Mərkəzi Bankdan Redaktor.az-a verilən məlumata əsasən, memorandumun məqsədi strateji dövrdə ölkə üzrə rəqəmsal ödənişlərin inkişafında qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsini əhatə edir. 

Bildirilib ki, rəqəmsal ödənişlərin davamlı inkişafı məqsədilə imzalanmış yeni strateji anlaşma texnoloji innovasiyalardan istifadə etməklə maliyyə inklüzivliyinin genişləndirilməsi, kiçik və orta sahibkarlıq subyektləri üçün innovativ ödəniş alətlərinin tətbiqinin dəstəklənməsi, nağdsız ödənişlərə inamın artırılması üçün müxtəlif hədəf qrupları üçün seminar və təlimlərin təşkili, kiber təhlükəsizlik, süni intellekt və ən son texnoloji trendlərlə bağlı təcrübə mübadiləsinin həyata keçirilməsi kimi sahələrdə əməkdaşlığın davam etdirilməsini ehtiva edir.