Azad edilmiş ərazilərdə inventarlaşmış torpaqların həcmi AÇIQLANDI

 18:54 28.04.2021     297

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 454 min hektar torpaq sahəsinin inventarlaşdırması başa çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Qurum tərəfindən ümumilikdə 10 rayon üzrə 150 yaşayış məntəqəsində daşınmaz əmlakın ilkin inventarlaşdırma işləri yekunlaşdırılıb.

"Hazırda 8 yaşayış məntəqəsində işlər davam etdirilir. 321 yaşayış məntəqəsinin tamamilə dağıdılıb yararsız hala gətirildiyi müəyyən olunub", - nazirlikdən bildirilib.