Qatarla ölkədaxili sərnişindaşımalar kəksin azalıb

 18:37 03.05.2021     466

Bu ilin birinci rübündə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC 476 min 232 sərnişin daşıyıb ki, bu da ötən ilin birinci rübü ilə müqayisədə 2,2 dəfə azdır.

Redaktor.az bu barədə ADY-nin hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, daşınmış sərnişinlərin 438 min 965 nəfəri və yaxud 92 %-i şəhərətrafı qatarların payına düşüb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,3 % azdır.

Hesabat dövründə beynəlxalq sərnişin daşımaları qeydə alınmayıb. Abşeron yarımadasından kənar daxili sərnişin daşımaları isə 81,6 % azalaraq 37 min 267 nəfər təşkil edib.