Azərbaycanda manatla pul bazası artıb

 14:57 04.05.2021     233

Bu ilin mayın 1-nə Azərbaycanda manatla pul bazası 13 281,6 mln. manat təşkil edib.

Redaktor.az-ın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, son bir ayda manatla pul bazası 0,3% azalıb, illik müqayisədə isə 32% artıb.

Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.