Bakının ictimai iaşə dövriyyəsi azalıb

 12:27 05.05.2021     232

Bu ilin yanvar-mart aylarında Bakının ictimai iaşə dövriyyəsi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 55,5% azalaraq 84,6 mln. manat təşkil edib.

Bakı Şəhər Statistika İdarəsindən Redaktor.az-a verilən məlumata görə, hüquqi şəxslər üzrə dövriyyə ötən ilin müvafiq dövrü ilə müqayisədə 40% azalaraq 63 mln. manat olub.

Qeyd edək ki, azalmanın əsas səbəbi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində ictimai iaşə obyektlərinin fəaliyyətinə qoyulan məhdudiyyətlər, həmçinin Azərbaycan ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədardır.