AMB-nin valyuta məzənnələri

 09:35 06.05.2021     210

Azərbaycan Mərkəzi Bankı (AMB) 6 may tarixinə olan valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Redaktor.az-a verilən məlumata görə, mayın 6-a olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 2.0403 manat təşkil edir. 1 türk lirəsi 0.2041 manat, 1 rus rublu 0.0227, 100 İran rialı 0.0040 manat, 1 gürcü larisi 0.4942 manatdır.