"Qərbi Azəri" platformasında hasilat bərpa edilib

 12:58 06.05.2021     224

"Qərbi Azəri" platformasında hasilat bərpa edilib.

BP-dən Redaktor.az-a verilən məlumata görə, platformada 2021-ci il aprel ayının 22-də başlanmış 15 günlük planlaşdırılmış profilaktik işlər proqramı təhlükəsiz şəkildə və uğurla başa çatıb.

Proqramda nəzərdə tutulmuş bütün işlər - inspeksiya və layihə işləri vaxtından əvvəl – mayın 4-də uğurla tamamlanıb və platformadan hasilat başlanıb. Hazırda hasilatın tədricən normal səviyyəyə çatdırılması plan üzrə davam edir.