Təbii qaz bahalaşıb - QİYMƏT

 09:22 07.05.2021     255

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

Redaktor.az-ın məlumatına görə, iyunda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU (British thermal unit – Britaniya istilik vahidi) üçün 0,03% artaraq 2,932 ABŞ dolları təşkil edib.