Azərbaycan nefti ucuzlaşıb - SON QİYMƏT

 10:51 07.05.2021     281

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb.

Redaktor.az-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,2 ABŞ dolları və ya 1,72% azalaraq 68,39 dollar təşkil edib.

Xatırladaq ki, bu ilin aprel ayının nəticələrinə əsasən, dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 64,83 ABŞ dollarına bərabər olub ki, bu da mart ayının orta qiyməti ilə müqayisədə 2,42 dollar və ya 3,6% azdır. Aprel ayında ən yüksək göstərici (aprelin 29-u) – 67,71 dollar təşkil edib, ən minimal göstərici isə (aprelin 7-si) 61,63 dollar səviyyəsində olub. Ötən ay ərzində Azərbaycan neftinin qiyməti 6,4% və ya 4,02 dollar artıb.