Bakıda ictimai iaşə dövriyyəsi azalıb

 17:20 08.05.2021     293

2021-ci ilin yanvar-mart aylarında ictimai iaşə dövriyyəsi 84,6 milyon manat olub.

Redaktor.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

Bildirilib ki, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ictimai iaşə dövriyyəsi 55,5 faiz azalıb. 

Qeyd edilib ki, hüquqi şəxslər üzrə dövriyyə 63 milyon manat olub. Bu isə 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 40,4 faiz azdır.