Pərviz Şahbazov: Qarabağda yaşıl enerji zonası yaradılacaq

 10:55 10.05.2021     189

"Hazırda dövlət başçısının tapşırığı ilə Qarabağ regionunda yaşıl enerji zonasının yaradılması ilə bağlı iş gedir".

Redaktor.az-ın məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, nəzərdə tutulur ki, regionda təsis edilən enerji mənbələri yaşıl enerjidən ibarət olacaq:

“Bu ilk növbədə su elektrik stansiyalarıdır. Eyni zamanda, biz Qarabağ regionunda günəş və külək enerji ilə bağlı da iş aparıırıq”. //Report