Neft yenidən ucuzlaşıb

 10:23 11.05.2021     198

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin iyul müqaviləsinin dəyəri 0,38% azalaraq 1 barelə görə 68,06 dollar təşkil edib.

Redaktor.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyununda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,34% azalaraq 64,7 dollar təşkil edib.