“AZGRANATA” “Grappa” adlı yeni içkinin istehsalına başladı

 10:25 24.05.2021     505

“AZGRANATA” MMC “Grappa” adlı yeni içki növünün istehsalına başlayıb.

Redaktor.az xəbər verir ki, Böyük Qafqaz sıra dağlarının Adnalı yaylasında salınan “AZGRANATA” MMC-yə məxsus üzüm bağlarında xüsusi aqrotexniki qaydalara uyğun olaraq yetişdirilən “Muscat Alexandria” sortundan klassik texnologiya əsasında hazırlanmış “Grappa di Moscato” üç qat distillədən keçmiş, zərif muskat ətri ilə səciyyələnir.

Bu tünd içkinin qurudulmuş meyvələr, qoz, badam və şokolad ilə birlikdə buz dolu qədəhlərdə istifadəsi tövsiyə olunur.

Qeyd edək ki, 2011-ci ildə inşa olunmuş təxminən 14 hektar sahəni əhatə edən zavod Cənubi Qafqaz regionunda ən böyük meyvə şirəsi istehsalçılarından biridir. “AZGRANATA” meyvə şirəsi, konsentrat və kompot ilə yanaşı, şərab və araq məhsulları da istehsal edir.

2