“AZGRANATA”-nın yeni məhsulu ilə Çin bazarında - FOTO

 12:04 25.05.2021     277

 

İstehsal etdiyi təbii məhsulları ilə dünya bazarındakı payını genişləndirməkdə olan "AZGRANATA" MMC bu dəfə yeni 100% orqanik nar şirəsini Çin Xalq Respublikasına ixrac edəcək.

Şirkətdən Redaktor.az-a verilən məlumatda bildirilir ki, "AZGRANATA" MMC müştərilərin istəklərini həyata keçirmək üçün imkanlarından maksimum istifadə edir.

"İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə təşkil edilən ixrac missiyaları, biznes forumlar və sərgilər bizə daha geniş müştəri bazarlarına çıxmağımıza kömək edir. Bu səfərlərdə biz rahatlıqla xarici müştərilərlə əlaqə saxlayıb, onların istəklərini öyrənirik. Xarici bazarlardakı rəqiblərimizi tanıyırıq ki, onlarla rəqabət apara bilək.

Dünyanın Rusiya, Amerika, Kanada, Almaniya, Fransa, Hollandiya, Belçika, Polşa, Çexiya, Avstriya, Macarıstan, Ukrayna, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Malayziya, Yaponiya, Çin Xalq Respublikası, Bəhreyn, İsrail, Avstraliya və s. kimi 27 ölkəsində “Made in Azerbaijan” adı ilə satılan məhsullarımızın hesabına ölkəmizə valyuta gətirilməsində az da olsa, əməyimizin olması bizi xüsusilə fərəhləndirir", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, 2011-ci ildə inşa olunmuş təxminən 14 hektar sahəni əhatə edən zavod Cənubi Qafqaz regionunda ən böyük meyvə şirəsi istehsalçılarından biridir. “AZGRANATA” meyvə şirəsi, konsentrat və kompot ilə yanaşı, şərab və araq məhsulları da istehsal edir.