Azərbaycanda pul kütləsi artıb

 17:45 27.05.2021     93

2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanda pul kütləsi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 26,7 faiz artaraq 20,89 milyard manat təşkil edib.

Redaktor.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.

Qeyd olunur ki, hesabat dövründə dövriyyədəki nağd pul kütləsinin həcmi 21,3 faiz artaraq 10,56 milyard manat, geniş pul kütləsi 13,2 faiz artaraq 29,75 milyard manata bərabər olub.