Qızıl və gümüş bahalaşıb

 11:04 31.05.2021     77

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Redaktor.az-ın məlumatına görə, mayın 31-də qızılın qiyməti mayın 27-i ilə müqayisədə 16,2435 manat (0,5 faiz) artaraq 1 unsiya üçün 3 243,3195 manat təşkil edib.

Gümüş 0,6501 manat (1,38 faiz) bahalaşaraq 1 unsiya üçün 47,6996 manata bərabər olub.

Platinin qiyməti 4,0885 manat (0,2 faiz) azalaraq 2 022,507 manat, palladiumun qiyməti 130,917 manat (2,79 faiz) artaraq 4 824,345 manat təşkil edib.

Bir ay ərzində bir unsiya qızıl 237,7195 manat (7,9 faiz) bahalaşıb, gümüş 3,6048 manat (8,2 faiz) bahalaşıb, platin 26,588 manat (1,3 faiz) ucuzlaşıb, palladium 215,934 manat (4,3 faiz) ucuzlaşıb.

Bir il ərzində isə bir unsiya qızıl 301,8605 manat (10,3 faiz) bahalaşıb, gümüş 17,3282 manat (57,1 faiz) bahalaşıb, platin 597,958 manat (42 faiz) bahalaşıb, palladium 1 527,382 manat (46,3 faiz) bahalaşıb.