Sığorta bazarı 9% artıb

 14:16 31.05.2021     100

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 339 107,3 min manat həcmində sığorta haqqı yığılıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatında deyilir.

Məlumata əsasən, hesabat dövründə şirkətlər tərəfindən 179 789,3 min manat həcmində ödəniş həyata keçirilib. Sığorta yığımları illik müqayisədə 8,9%, ödənişlər isə 70,3% artıb.