Apreldə 3,2 milyard dollarlıq ticarət əməliyyatları aparılıb

 17:34 31.05.2021     341

Apreldə Azərbaycanda ticarət əməliyyatlarının dəyəri 3 milyard 224,9 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən Redaktor.az-a verilən məlumata görə, ticarət əməliyyatlarının ümumi dəyərinin 998,4 milyon dolları idxalın, 2 milyard 226,4 milyon dolları isə ixracın payına düşüb.