Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 14 % artıb

 20:57 31.05.2021     133

Bu ilin aprel ayında Azərbaycandan Gürcüstana səfər edənlərin sayında illik müqayisədə 13,8 % artım qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının aprel ayı üzrə hesabatında bildirilib.

Sənədə əsasən, keçən ay qonşu ölkənin qəbul etdiyi beynəlxalq ziyarətçilərin sayı ötən ilin eyni göstəricisindən 140,4 % çox olub.

Ziyarətçilərin 91,9 %-ni turistlər təşkil edib ki, bu da ötən ilin analoji dövrünə nisbətdə 182,2 % çoxdur.

Hesabatda vurğulanıb ki, səfər edənlərin sayının artmasına vaksinasiyanın aparılması və beynəlxalq aviareyslərin bərpası səbəb olub. //Report