Bu gün Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti qalxacaq

 00:15 02.06.2021     660

Azərbaycanda bu gündən benzinin qiymətində dəyişiklik ediləcək.

Redaktor.az ​​​xəbər verir ki, Aİ-95 markalı benzinin qiyməti 1.4 manat olacaq.

Məlumatlı mənbələrdən bildirilib ki, qiymət dəyişikliyinə beynəlxalq birjalarda neftin qiymətinin artması səbəb olub. Belə ki, Aİ-95 markalı benzin Azərbaycanda istehsal olunmadığı, xaricdən idxal edildiyi üçün qiymət artımı labüd olub. 

Qeyd edək ki, buna qədər sözügedən marka benzinin qiyməti 1.25 manat idi. //Oxu.az

Vumart və Güvən reklamı Vumart Güvən