Azərbaycanda benzin niyə bahalaşdı? - MİLLƏT VƏKİLİ AÇIQLADI

 11:23 02.06.2021     1805

Ötən gündən etibarən Azərbaycanda Aİ-95 ("Premium") markalı avtomobil benzinində bahalaşma müşahidə edilib. Belə ki, Aİ-95 benzininin qiyməti 1,25 manatdan 1,40 manata yüksəlib.

Qiymət artımı ilə bağlı Redaktor.az-a açıqlama verən millət vəkili, iqtisadçı Vüqar Bayramlı bildirib ki, Azərbaycanda Aİ-92 və Dizel yanacağının qiyməti tarif şurası tərəfindən tənzimlənir. Aİ-95 markalı benzinin qiyməti isə tarif şurası tərəfindən tənzimlənmir. Bu baxımdan bu benzinin qiyməti bazarda itxal xərclərindən asılı olaraq müəyyənləşir:

“Dünya bazarında neftin qiymətində artım var və son həftələrdə neftin bir barelinin qiyməti 70 dolları keçib. Neftin qiymətindəki artım itxal olunan benzinin xərcinə də təsir göstərir.  Nəzərə alsaq ki, Aİ-95 markalı benzinin qiyməti Tarif Şurası tərəfindin tənzimlənmir. Bu, sözügedən benzini itxal edən sahibkarlar tərəfindən həyata keçirilir. Sahibkarlar da öz xərclərinə uyğun olaraq qiyməti müəyyənləşdirirlər.

Azərbaycanda ən çox istifadə olunan Aİ-92 markalı benzindir və bizim qiymətləndirmələr göstərir ki, sürücülərimizin 90%-dən çoxu məhs bu benzindən istifadə edir. Aİ-95 markalı benzinin qiymətində artım bazara xüsusi təsir göstərməməlidir. Bu bahalaşma səbəbindən avtomobil bazarında da ciddi dəyişikliklər praqnozlaşdırılmır”.  

Aysel Hacıyeva / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən