Təmassız kartların sayı 2,7 dəfə artıb - RƏSMİ

 14:16 02.06.2021     390

“Cari ilin may ayının 1-nə qədər ölkədə dövriyyədə olan bank kartların sayı 10,3 milyona çatıb”.

Redaktor.az xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının icraçı direktoru Fərid Osmanov deyib.

Onun sözlərinə görə, bu kartlarla nağdsız ödənişlərin həcmi ötən dövrlə müqayisədə 52 faiz artaraq 2,8 milyard manata yaxınlaşıb:

“Hazırda dövriyyədə olan 10 milyon kartın 50 faizi, yəni 5 milyonu təmassız funksionallığı olan kartlardır. Müvafiq dövrlə müqayisədə təmassız kartların sayı 2,7 dəfə artıb. Təmassız kartlarla aparılan ödənişlərin həcmində və sayında da müvafiq dövrlə müqayisədə 4 və 6 dəfə artım müşahidə edilib”. //Oxu.az