Təbii qaz bahalaşıb - QİYMƏT

 09:28 04.06.2021     62

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

Redaktor.az-ın məlumatına görə, iyulda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,72% artaraq 3,06 ABŞ dolları təşkil edib.