Banka kredit borcu olanlara ŞAD XƏBƏR - YENİLİKLƏR OLACAQ

 12:36 07.06.2021     697

Banklarla bağlı böyük qanun layihhəsi paketi hazırlanır.

Redaktor.az xəbər verir ki, bununla bağlı Milli Məclis və Mərkəzi Bank arasında müzakirələr aparılır. Müzakirələrin əsas məqsədi faiz dərəcələrinin aşağı salınmasıdır.

Millət vəkili, iqtisadçı Vüqar Bayramov bildirib ki, yeni layihə ilə bank qanunvericiliyini Avropa bank sisteminin tələblərinə yüksəltmək nəzərdə tutlub. Millət vəkilinin sözlərinə görə, bunun üçün bankların aşağı faizlə qəbul etdikləri depozitlər ilə yüksək faizlə verdikləri kreditlər arasında fərq azalmalıdır:

“Bəzi hallarda kommersiya bankları vətəndaşdan əmanəti çox aşağı faizlə cəlb edir, lakin həmin əmanəti daha yüksək faizlə kreditlər formasında təqdim edir.

Bu gün bank sektoru üçün ən vacib məsələrdən biri həmin faizlərin aşağı salınmasındır”.

V.Bayramov bildirib ki, banklar daha ucuz mənbələrdən vəsait cəlb etməklə kredit faizlərini aşağı sala bilərlər. Bunun üçün Avropa maliyyə sistemində istifadə edilən yeni yanaşmalara ehtiyac var:

“Yeni layihələrin hazırlanması qısa zamanda özünü bank faizlərinin düşməsində göstərəcək. Kredit faizlərinin 4%-dən aşağı düşməsi münkündür. Nəzərə alsaq ki, hazırda istehlak kreditləri orta hesabla 24%-lə verilir, biznes kreditləri nisbətən daha ucuz təklif edilir. Bu, illik kreditlərin ilkin mərhələdə 19-20%-ə qədər azalmasına gətirib çıxara bilər.

Qanun layihhəsi qəbul olunduqdan sonra bank kreditləri vətəndaşlar üçün daha əl çatan olacaq".

Aysel Hacıyeva / Redaktor.az