Azərbaycanda növbəti bahalaşma - VİDEO

Son 2-3 ayda tikinti materiallarının qiyməti artıb.
Redaktor.az xəbər verir ki, satıcılar qiymət artmının alıcı kütləsinə də təsir etdiyini deyiblər:
“Rusiyadan tikinti materialları çox az gəlir, ona görə də qiymətlərdə artım var, alıcı isə yoxdur. Kvadratı 4 manata satılan material bu gün 6 manatdır. Bundan öncə gün ərzində 6 evin materialını satırdıqsa, indi 3 evin materialını satırıq”.
Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadənin sözlərinə görə, qiymətlərin artmasının müxtəlif səbəbləri var. Pandemiya səbəbi ilə zərərçəkmiş sahibkarlar zərərdən çıxmaq üçün materialları maya dəyərindən çox artıq qiymətə satırlar.
Daha ətraflı videoda izləyin: