Azərbaycanda yeni məhsul sortları yaradılıb - FOTO

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda yeni tərəvəz və kartof sortlarının dequstasiyası keçirilib.
Redaktor.az bildirir ki, dequstasiya üçün institutun seleksiyaçı alim və mütəxəssisləri tərəfindən yaradılmış pomidor, bibər, xiyar və kartof bitkilərinin yeni sortlarının təqdimatı ilə bağlı tədbir keçirilib.
Təqdim olunmuş tərəvəz və kartof sortları təyinatına, yetişkənliyinə, biokimyəvi tərkibinə görə bir-birindən fərqlənir.
Burada pomidorun 10, xiyarın 3, bibərin 2 və kartofun 6 yeni sortu təqdim olunub. Pomidor, xiyar və bibər sortlarının istixana şəraitində becərilməsi nəzərdə tutulur. //Oxu.az





