İstehlak qiymətləri indeksi artıb

 14:17 10.06.2021     316

Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 4,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,8 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 3,4 faiz artıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Hesabata əsasən, may ayında istehlak qiymətləri indeksi əvvəlki ötən ilin mayı ilə müqayisədə 4,9 faiz artıb.

Vumart və Güvən reklamı Vumart Güvən