Cari ildə sutkalıq neft tələbatı 6 faiz artacaq

 17:32 11.06.2021     92

2021-ci ildə qlobal neft tələbatı əvvəlki ilə görə 5,4 milyon barel (6 faiz) artaraq gündəlik 96 milyon 400 min barel olacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.

IEA-ya görə, il ərzində sutkalıq tələbatın 35 milyon 700 min bareli Asiya-Sakit Okean bölgəsində, 30 milyon 300 min bareli Amerika qitəsində, 13 milyon 700 min bareli isə Avropada formalaşacaq. //AzərTac