Banklarda manat əmanətlərinin həcmi artıb

 17:57 24.06.2021     210

Bu ilin iyunun 1-nə Azərbaycanda fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi 8,635 mlrd. manat təşkil edib.

Redaktor.az-ın Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, əmanətlərin 54,9%-i yerli valyutadadır və bu 4,741 mlrd. manata bərabərdir.

Manatla olan əmanətlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 34,4% artıb, xarici valyutadakı əmanətlərin həcmi isə 5,8% azalaraq 3,894 mlrd. manata enib. Beləliklə, əmanətlərinin dollarlaşma səviyyəsi 2015-ci ilin yanvar ayından bəri ən aşağı səviyyədə qalmaqdadır.

Qeyd edək ki, bundan əvvəl AMB bildirmişdi ki, dollarlaşmanın azalması davam edir və fiziki şəxslərin əmanətlərinin strukturunda manatla depozitlər 2015-ci ilin fevralından bəri ilk dəfə üstün paya sahib olub.