Hüquqi şəxslərin dövlət qeydiyyatı üçün rüsumun dərəcələri

Hüquqi şəxslərin dövlət qeydiyyatı üçün dövlət rüsumunun dərəcələri Azərbaycan qanunvericiliyinə əsasən müəyyənləşdirilib.
Redaktor.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1-20.3-cü maddələrinə uyğun olaraq, dövlət rüsumunun dərəcələri aşağıdakı kimidir:
- bankların, birjaların, sığortaçıların, sığorta birlik və brokerlərinin, xarici hüquqi şəxslərin nümayəndəliklərinin və filiallarının qeydiyyatı üçün - 220 manat;
- kənd təsərrüfatı sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslərin qeydiyyatı üçün - 3 manat;
- digər hüquqi şəxslərin qeydiyyatı üçün - 11 manat.