Qarşıdakı aylarda dollar bahalaşacaq? - AÇIQLAMA

 21:10 07.07.2021     359

Son zamanlar dolların məzənnəsi hər kəsi düşündürən məqamlardan biridir. Qarşıdakı aylarda dollar bahalaşacaqmı?

Redaktor.az xəbər verir ki, mövzu ilə bağlı ekspert Ramin Rəhimov açıqlama verib:

"Dolların məzənnəsi ilə bağlı bazarda yaxın aylarda ciddi bir təzyiqin olacağı gözlənilmir. Müşahidələrə əsasən, bizim əsas dollar tələbatımız neft gəlirlərindən ibarətdir. Neftin də bazardakı qiyməti artıq 70 dollardan çoxdur. Yəni bu, neft fondunun gəlirlərinin artması deməkdir. Manata qarşı hər hansı bir təzyiq yoxdur.

Hazırda Mərkəzi Bankın kifayət qədər valyuta ehtiyatı var. Hazırda valyuta ehtiyatları artaraq 7 milyar dollara yaxınlaşır. Belə bir dönəmdə bazarda dollara qarşı ciddi bir tələbatın olması gözlənilmir. Manatda dollarlaşma prosesi artıq səngiyir. Əhalidə manata qarşı inam artır. Banklarda əmanətlərin yerli valyuta ilə qoyulmasına üstünlük verilir. Dünya birjasına baxsaq, manatın real məzənnəsi hazırda dolların indiki kursda uzunmüddətli qalmasını şərtləndirir". //Big.az

Vumart və Güvən reklamı Vumart Güvən