Neft istehlakı gündəlik 97,6 milyon barel olacaq

Cari ildə qlobal neft tələbatı keçən illə müqayisədə 5,3 milyon barel artaraq gündəlik 97 milyon 600 min barel olacaq.
Redaktor.az xəbər verir ki, bu proqnozla Birləşmiş Ştatların Enerji İnformasiya Administrasiyası (EIA) çıxış edib.
EIA-ya görə, 2022-ci ildə isə neft tələbatı sutkada 101 milyon 400 min barelə yüksələcək. //AzərTac