Əhaliyə qazla bağlı şad xəbər: PULSUZ OLACAQ

 21:56 10.07.2021     116

Gələn aydan etibarən yeni inşa olunan çoxmərtəbəli yaşayış binalarına qaz sayğacları pulsuz quraşdırılacaq.

Redaktor.az xəbər verir ki, Metbuat.az-ın məlumatına görə, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev "facebook" səhifəsində etdiyi canlı yayım zamanı məlumat verib.

Ruslan Əliyevin sözlərinə görə, artıq heç bir MTK sahibi vətəndaşdan qaz sayğacına görə ödəniş tələb edə bilməz. Qurum rəsmisi bu cür binalardan ev alan vətəndaşları diqqətli olmağa və aldanmamağa çağırıb.

Qeyd edək ki, bu vaxta kimi MTK sahibləri sayğacları "Azəriqaz"dan satın alırdılar.

Ruslan Əliyev deyib ki, bəzi MTK rəhbərləri də bundan sui-istifadə edərək, 70-90 manata aldıqları sayğac üçün mənzil sahiblərindən 10-15 dəfə çox məbləğ tələb edirdilər.