Azərbaycanda 15 dövlət müəssisəsi özəlləşdiriləcək

 12:57 13.07.2021     61

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən avqustun 3-ü təşkil olunacaq hərraca 15 kiçik dövlət müəssisəsi çıxarılacaq.

Nazirlikdən Redaktor.az-a verilən məlumata görə, özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı Xidmətin saytından tanış olmaq olar.

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyənlər emlak.gov.az və ya privatization.az hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.