Bakıda torpağın qiyməti ucuzlaşıb

 09:57 14.07.2021     316

Bakıda ötən illə müqayisədə torpağın qiyməti ucuzlaşıb.

Redaktor.az-ın məlumatına görə, MBA Group konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib ki, ötən ilin iyun ayı ilə müqayisədə torpağın qiymətində 10.22 % ucuzlaşma müşahidə edilib, lakin bu ilin iyun ayında torpaq qiymətləri 0.49 % bahalaşıb.

Bakıda fərdi yaşayış və bağ evlərinin qiyməti bahalaşıb.

Belə ki, iyun ayı ərzində fərdi yaşayış və bağ evlərinin satış qiyməti 3.8 faiz, ötən illə müqayisədə isə 7.33 faiz bahalaşıb. //Trend.az

Vumart və Güvən reklamı Vumart Güvən