İctimai iaşə dövriyyəsi 5 faiz azalıb

 11:30 15.07.2021     403

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın ictimai iaşə dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 % azalaraq 366,8 milyon manat təşkil edib.

Redaktor.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, 6 ay ərzində özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,4 %-i hüquqi şəxslərin, 50,6 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.

Hüquqi şəxslər üzrə dövriyyə 2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 3,9 % artaraq 179,3 milyon manat olub.