Elektrik enerjisinin ixracı artıb

 11:59 15.07.2021     307

Bu ilin birinci yarısında Azərbaycan 669 mln. kVt-saat elektrik enerjisi ixrac edib, bu da illik müqayisədə 48,2 mln. kVt-saat və ya 7,8% artım deməkdir.

Bu barədə Redaktor.az-a Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə Azərbaycan 88,9 mln. kVt-saat elektrik enerjisi idxal edib, bu da 17,4 mln. kVt-saat və ya 24,3% artım deməkdir.