Dəmiryol nəqliyyatı ilə yükdaşımalar artıb

 15:03 15.07.2021     77

Bu ilin birinci yarısında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 7,2 mln. ton yük, 1 115,2 min sərnişin daşınılıb.

Dövlət Statistika Komitəsindən Redaktor.az-a verilən məlumata görə, hesabat dövründə 2020-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 0,3% artım, sərnişin daşınmasında isə 16,5% azalma müşahidə olunub.

Məlumata görə, ilin birinci yarısında orta hesabla sutkada 379 vaqon yüklənilib, 323 vaqon isə boşaldılıb.

"Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 18,6 min ton, Qərb istiqaməti üzrə 3,3 min ton, Cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib", - məlumatda qeyd olunur.