Qızıl və gümüş ucuzlaşıb

 11:18 22.07.2021     71

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Redaktor.az-ın məlumatına görə, iyulun 22-də qızılın qiyməti iyulun 17-i ilə müqayisədə 22,4145 manat (0,73 faiz) azalaraq 1 unsiya üçün 3 058,079 manat təşkil edib.

Gümüş 0,7876 manat (1,81 faiz) ucuzlaşaraq 1 unsiya üçün 42,8414 manata bərabər olub.

Platinin qiyməti 35,6745 manat (1,9 faiz) azalaraq 1 842,6725 manat, palladiumun qiyməti 62,2285 manat (1,39 faiz) artaraq 4 534,648 manat təşkil edib.

Bir ay ərzində bir unsiya qızıl 17,7905 manat (0,6 faiz) bahalaşıb, gümüş 1,374 manat (3,1 faiz) ucuzlaşıb, platin 18,5045 manat (1 faiz) bahalaşıb, palladium 119,0425 manat (2,7 faiz) bahalaşıb.

Bir il ərzində isə bir unsiya qızıl 98,345 manat (3,1 faiz) ucuzlaşıb, gümüş 4,8447 manat (12,8 faiz) bahalaşıb, platin 347,803 manat (23,3 faiz) bahalaşıb, palladium 889,712 manat (24,4 faiz) bahalaşıb.