Xəyal Məmmədli yeni vəzifəyə təyin edilib

 09:20 29.07.2021     626

Azərbaycana xaricdən idxal olunan bir sıra məşhur qida brendlərinin rəsmi distribyutoru olan “ShamFi International Trading Company” MMC-nin yeni Baş maliyyə inzibatçısı (CFO) təyin edilib. 

Redaktor.az xəbər verir ki, sözgedən vəzifəyə bank və maliyyə sahəsi üzrə tanınmış ekspert Xəyal Məmmədli təyin olunub.

Qeyd edək ki, o, bu vəzifəyə 2021-ci ilin iyul ayında təyin olunub. Bundan əvvəl isə Xəyal Məmmədli 14 il bank sektorunda müxtəlif məsul vəzifələrdə işləyib, çoxsaylı yerli və beynəlxalq təlimlərdə iştirak edib və bank işi üzrə təlimçi kimi fəaliyyət göstərib.