Azərbaycanda pul bazası iyulda artıb

 12:22 02.08.2021     360

Bu il avqustun 1-nə Azərbaycanda pul bazası 14 213,4 milyon manat təşkil edib.

Redaktor.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 3% çoxdur.

Pul bazası ilin əvvəlinə nisbətən 4,8%, son 1 ildə isə 21,7% artıb.