Dövlət şirkəti 16 minə yaxın işçi cəlb edəcək - RƏSMİ

 16:16 02.08.2021     261

“Dövlət başçısı İlham Əliyevin Daşkəsən rayonuna səfəri çərçivəsində “AzerGold” QSC-nin “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinə və “Mərəh” qızıl mədəninə diqqəti qeyri-neft sektorunun əsas sahələrindən olan dağ-mədən sənayesinə verilən böyük önəmin göstəricisidir”.

Redaktor.az-ın məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial şəbəkə hesabında yazıb.  

O bildirib ki, bu sahənin inkişafında xüsusi rolu olan “AzerGold” tərəfindən 2035-ci ilədək əlvan və qara metal yataqlarının səmərəli istismarı ilə ölkənin məcmu ÜDM-nə 21,9 milyard manat həcmində töhfənin verilməsi, 16 minə yaxın işçinin cəlb edilməsi proqnozlaşdırılır.